Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nəqliyyat Nazirliyindən sürücülərə xəbərdarlıq

"Təəssьf ki, sьrьcьlər зox vaxt bizim зağırışlarımıza qulaq asmırlar"

Nəqliyyat Nazirliyi sürücülərdən tələb edir ki, nəqliyyat vasitələrini normadan artıq yükləməsinlər. Simsar.az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin nəzdində fəaliyyət göstərən "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, həddən artıq yüklənmiş avtomobillər Bakı-Quba yolunda çatlar və çuxurların yaranmasına səbəb olub.

"Hazırda həmin yolda asfalt örtüyünün təzələnməsi işi gedir, lakin yol bağlanmayıb. Bakıdan Quba istiqamətində gedən yol o qədər də zədələnməyib, lakin Bakıya gələn yolda zədələr çoxdur və bərpaya ehtiyac duyulur. Hər bir avtomobilin özünün yüklənmə norması var. Bu normalara əməl etmək vacibdir. Əks halda həm yollar zədələnir, həm də avtomobilin özü xarab olur", - Mürsəliyev əlavə edib.

O, qeyd edib ki, 2009-cu ildə, iyul ayının 7-də Nazirlər Kabineti tərəfindən avtomobillərin yüklənmə norması təsdiqlənib.

"Bizim idarəmiz həmişə sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə çağırır. Təəssüf ki, sürücülər çox vaxt bizim çağırışlarımıza qulaq asmırlar", - o vurğulayıb.






7 Avqust, 2012  15:50 Baxılıb: 926 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner