Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət qulluğuna imtahana start verlib

İcra hakimiyyəti orqanlarında 556 boş yer var 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2012-ci il 7 avqust tarixindən 64 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 702 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.

 Komissiyadan Simsar.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 556-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 146-sı isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqram və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 5-ci hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər 10 iş günü müddətində qanunvericiliklə müəyyən edilmiş sənədlərini Komissiyaya təqdim etməlidirlər. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən müraciət formasında təhrif olunmuş məlumatlar verən namizədlər müsabiqədən kənarlaşdırılacaqlar.

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 7 avqust 2012-ci il tarixli sayında və 7 avqust 2012-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az veriləcək.

Müsabiqəyə çıxarılan vakant vəzifələrin mərkəzi icra hakimiyyəti orqanları, apellyasiya və birinci instansiya məhkəmə orqanları üzrə statistikası aşağıdakı cədvəllərdə verilib.






7 Avqust, 2012  15:22 Baxılıb: 1116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner