Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

2 çörək sexi bağlandı

Biri Bakıda, digəri isə Lənkəranda fəaliyyət göstərirmiş

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi 10 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Xanağa Məlikova məxsus çörəkbişirmə sexində dövlət nəzarəti aparılıb.

Komitənin mətbuat xismətindən verilən məlumata görə, müəyyən olunub ki, müəssisə qanunvericiliyin tələblərinə zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərir, məhsul AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur, istismar olunan 6 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunur. Müəssisədə sabit keyfiyyətli məhsul istehsalı üçün sanitar norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur.

Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Xanağa Məlikovun rəhbərlik etdiyi sexdə çörək istehsalı və satışı qadağan edilib.

Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran rayonu, Vilvan kəndində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Ağababa Qasımova məxsus çörək sexində dövlət nəzarəti aparılıb. Nəzarət tədbirləri nəticəsində müəyyən olunub ki, istehsal olunan buğda unundan bişirilmiş çörəyin uyğunluq sertifikatı yoxdur, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməyib. Müəssisədə antisanitar vəziyyət hökm sürür.

Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Ağababa Qasımova məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilib.






7 Avqust, 2012  01:27 Baxılıb: 1046 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner