Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İÇKİYƏ MƏĞLUB OLAN MƏŞHURLAR - FOTOLAR

Hər kəsin qalib gördüyü məşhurları içkinin necə hala saldığını siz də bilin

 Bir vaxtlar çoxlarının tanıdığı, bəziləri üçün ulduz aktyor, bəziləri üçün isə sadəcə maniken kimi qəbul olunan bu xanımı indi Amerikanın parklarında sürünən vəziyyətdə görmək olar.
1980-ci illərdə maniken və aktrisa kimi bir sıra uğurlara imza atmış Brigitte Nielsen Los Angelesdə parkları yıxıla-yıxıla, uzana-uzana gəzməklə məşğuldur. 49 yaşlı aktrisa çiynində çanta, əlində araq şüşəsi kənardakıların reaksiyasını vecinə almadan özünün bomj həyatını yaşayır. O, siqaret çəkir, üstündən araq içir, daha sonra qusur, uzanır, yata-yata da şüşəni başına çəkir. Nielsenin gündəlik həyatı bax belə keçir. Alkoqoldan qurtulmaq üçün bir neçə dəfə Amerikanın reablitasiya mərkəzlərində müalicə almış Brigitte nə yazıq ki, zərərli vərdişdən yaxa qurtara bilməyib. O, 1963-cü ildə Danimarkada doğulub. Maniken olduğu üçün bir sıra rollara çəkilib. Məşhur aktyor Arnold Şvarstneggerlə nişanlansa da, evlənə bilməyiblər. O, daha sonra Silvester Stallone ilə evlənib. 1985-ci ildə «Rocky 4» filmində tanış olan cütlük 1987-ci ildə ayrılıb.

Amma Amerikanın məşhurları arasında tək Brigitte alkoqoldan əziyyət çəkmir. Bu ölkədə məşhur alkoqoliklərin sayı kifayət qədərdi. Hollivudda spirtli içkli və narkotik istifadəciçisi olanların adları hər kəsə, hətta polislərə də bəllidir. Onların bir neçəsi məsuliyyətə cəlb olunub. «Bir də bu qələti etməyəcəm deyib» əfv olunanlar sonradan yenə də axmaq vərdişlərini davam etdiriblər.

Onlardan biri Kiefer Sutherlanddır. İçkili və nəşəli halda dəfələrlə avtomobil sürən Kiefer Sutherlandın eybəcər görüntüləri dəfələrlə maqazin jurnallarının səhifələrini «bəzəyib».

Daha bir məşhur xanım Paris Hilton özünü əxlaqlı qadın kimi göstərməyə çalışsa da, keçmişi qaranlıqlarla doludur. Onu bir neçə dəfə ziyafətlərdə kol dibində yatmış və ya qusan vəziyyətdə görüblər.

Alkoqol asılılığı olan məşhurlardan biri də Lindsay Lohandı. O, paltarını isladana qədər içir. Onu evə çox vaxt «ambulans»la aparırlar.

Daha bir aktyor Nik Nolte də ayıq başlı birisi deyil. Hər halda fotomüxbirlərdə onun yerdə sürünən şəkilləri kifayət qədərdi.

Müğənni Lili Alleni Amerikada hər kəs «piyaniska» kimi tanıyır. O qədər sərxoş olur ki, barın mühafizəçiləri işlərini buraxıb onu maşina otuzdurub evinə gətirməklə məşğul olurlar. Belə bir məşhuru piyan vaxtı qucaqda daşımağın da ayrı ləzzəti var. Yeri gəlmişkən yaramaz müğənni hamilə olduğu halda da badəni yerə qoymur. Həkimlər bir neçə dəfə ona sərt xəbərdarlıq ediblər. Əgər uşağa bir şey olsa Alleni cəza, ən azından «pis ana» damğası gözləyir.

Devid Hasselhof, Çarlie Şin kimi məşhurların da ziqzaqvari yerişləri fotoaparatların obyektivindən yayınmayıb. Alkoqoliklərin sırasına Britney Spears əlavə etməsək insafsızlıq olardı. Hətta bir ara qapını bağlayaraq otağından «bir badə şərab, bir də mən» mahnısını oxuyan müğənnini güc-bəla ilə adam halına sala biliblər.

Bəs, Vitney Hyuston necə? O, ölümündən öncə alkoqolizmdən uzaqlaşmaq üçün müalicə olunmuşdu. Amma onun oteldə meyitinin tapılması, müailəcənin effekt vermədiyini söyləməyə imkan verir.

Anna Nikol Smit də oteldə ölü tapılan məşhurlardandı. Araq içib üstündən də narkotik həblər atan 39 yaşlı biçarə Nikola qaldığı oteldə birdəfəlik uyudu.

Bir vaxtlar qalib kimi şöhrəti dünyanın hər yerinə yayılan məşhurlar, bəzən iradəsizlikləri ucbatından dünyanın ən biçarə və yazıq adamına çevrilir. Məşhurlluqları bir yana, hətta onlara nifrət edir, uzaq qaçırlar. Belədə tənhaca ölümünü gözləyən məşhurların ömrünə-günüə “haram” qatan şərab, nə üçün haram buyurulduğunu bir daha bizə göstərir.

RUSLAN

 

 






6 Avqust, 2012  21:19 Baxılıb: 1352 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner