Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda sement fırıldağı

"Qaradağ-BQZ" əmtəə nişanı göstərilən 20 kisə sement nəzarətə götürülüb

Bakıda çəkisi standartların tələblərinə uyğun gəlməyən 20 kisə sementin satışının qarşısı alınıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Simsar.az-a verilən məlumata görə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən əməliyyat həyata keçirilib. Dərnəgül şossesində yerləşən mağazadan üzərində "Qaradağ-BQZ" əmtəə nişanı göstərilən 20 kisə sement nəzarət alışı qaydasında götürülüb. Kisələr müvafiq şəhadətnamə ilə təsdiq olunan müqayisəli yoxlanışdan keçmiş tərəzi vasitəsi ilə çəkilib və heç birinin çəkisi standartların tələblərinə uyğun gəlməyib.
Kisələrin üzərində çəkisi 40±1 kq göstərildiyi halda onların faktiki çəkisi 29,7 kiloqramdan 36,4 kiloqrama qədər təşkil edib. Normativ sənədlərin tələblərinə əsasən, 20 kisənin orta çəkisi 40 - 0,2 kiloqramdan 40 + 0,5 kiloqrama qədər olduğu halda, 20 kisənin orta çəkisi faktiki olaraq 31,9 kiloqram təşkil edib. Beləliklə istehlakçılar hər sement kisəsini alarkən "Qaradağ Tikinti Materialları" ASC tərəfindən təxminən 30% qədər miqdarda aldadılıb.
Aşkar olunmuş qanun pozuntularına hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.






6 Avqust, 2012  20:31 Baxılıb: 953 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner