Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yağış suları birbaşa Xəzərə töküləcək

.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq Bakı şəhəri Yasamal rayonu M. Xiyabani küçəsindən başlayaraq H. Zərdabi küçəsi boyunca ərazidəki kanalizasiya və yağış sularının axıdılması üçün hər birinin uzunluğu təqribən 1000 metr olan 2 magistral xətt tikilir.

500 mm diametrli polietilen borularla tikilən həmin xətlər A. Salamzadə küçəsindən keçən kanalizasiya və yağış suları kollektorlarına birləşdiriləcək. Bununla da yağış suları kanalizasiya sularına qarışmadan ayrı-ayrı kollektorlara axıdılacaq. Bu da yağış sularının birbaşa Xəzərə axıdılmasını təmin edəcək. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır. Tikinti-quraşdırma işlərinin avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, intensiv yağıntılar zamanı H. Zərdabi küçəsində yağış sularının axıdılmasında problemlər yaranırdı. Yeni xətlər istismara verildikdən sonra belə problemlər tamamilə aradan qalxacaq.






6 Avqust, 2012  19:51 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner