Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İqtisadi İnkişaf Nazirliyi elektron xidmətlərinin təqdimatını keçirib

Bu xidmətlər vətəndaşların işini yüngülləşdirəcək 


İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib. Bu barədə Simsar.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Vergilər, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Maliyyə, Sənaye və Energetika, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın, eləcə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Beynəlxalq Valyuta Fondunun (İMF), Dünya Bankının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Qeyd olunub ki, Prezidentin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb.
Bu bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyalar və sertifikatlar, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib. Ümumilikdə, Nazirlik tərəfindən elektron xidmətlər bölməsində 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.
Vətəndaşların və sahibkarlıq subyektlərinin ehtiyacları öyrənilərək İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə əlavə olaraq vətəndaşların on-line rejimində qəbula yazılmaları, onların müraciətlərinin on-line rejimdə qəbulu və cavablandırılması, vətəndaşların Nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, vətəndaşlarla on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), sahibkarlar və vətəndaşlar üçün uzaqdan on-line rejimində video-təlim sistemi, “www.icazeler.gov.az” icazələrin elektron informasiya portalı, “www.b2b.az” elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informasiya növlü elektron xidmətlərin göstərilməsi təşkil olunub.

Xatirə






6 Avqust, 2012  19:21 Baxılıb: 1400 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner