Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Pərviz İsgəndərlinin intiharına görə 4 əsgər həbs olunub

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq Pərviz İsgəndərlinin valideyinlərinin yalan danışdığını bildirir

“Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri İsgəndərli Pərviz Cahan oğlunun valideynlərinin kütləvi informasiya vasitələrində və mətbuat konfransındakı çıxışlarında oğullarının xidmət etdiyi hərbi hissənin 4 zabiti tərəfindən döyülərək bədəninin muxtəlif yerlərinin sındırılması, onun qəsdən öldürülməsi və bundan sonra izi itirmək üçün asılması, əsgərlərin daxili orqanlarının satılması, eləcə də orduda digər qanunsuzluqların baş verməsi barədə söylədikləri həqiqəti əks etdirmir”. Bu açıqlamanı Simsar.az-a Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu verib.
Məlumatda bildirilir ki, N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş əsgər İsgəndərli Pərviz Cahan oğlunun bu ilin 14 iyulunda özünü asaraq öldürməsi faktına görə Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb və zəruri ilkin istintaq hərəkətləri aparılıb.
İstintaqla müəyyən edilib ki, N saylı hərbi hissənin bir neçı əsgəri iyul ayı ərzində əsgər Pərviz İsgəndərlini incidiblər. Nəticədə əsgər Pərviz İsgəndərli özünü asaraq öldürüb.
Əsgərlər Şahin Xudiyevə, Vüsal İskəndərliyə, Vidadi Mustafayevə və Sabir Musayevə CM-nin 182.2.1, 332.3 və digər maddələrində nəzərdə tutulan ittihamlar elan edilib və hərbi məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir, istintaqın nəticəsindən asılı olaraq obyektiv və qanuni qərarın qəbul edilməsi və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Xatirə






6 Avqust, 2012  17:23 Baxılıb: 996 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner