Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ORUC TUTAN BUNLARI BİLMƏLİDİR

Hacı Şahin: "...insan ağa olur, onun istəyi insanın qulu"

Ramazan ayında çoxlarını maraqlandıran suallar, bilmək istədikləri məqamlar var. Bunlardan biri də Orucun fəlsəfəsidir ki, Simsar.az Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahindən bu sualların cavabını alıb.

Ramazan ayının özəlliklərindən sayılan orucun fəlsəfəsi nədir?

Orucun fəlsəfəsi olduqca geniş mövzudur. Əsasən orucun insana təlqin elədiyi bir xüsusiyyət var: “Qurani-Kərim”də bu haqda danışılır ki, “Ey iman gətirənlər, oruc sizdən öncəkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə təqvalılardan olasınız”. Yəni oruc təqva xüsusiyyəti yaradır, təqva isə Allahdan çəkinmədir. İnsan bütün varlıqlar arasında yeganə varlıqdır ki, öz içində mübarizə aparır. Heyvanlarda, mələklərdə, ümumiyyətlə heç bir varlıqda belə mübarizə yoxdur. İnsanda isə öz istəklərinə qarşı getmə gücü var. Yəni insanda iradə var ki, istədiyi bir şeyi eləməsin, yaxud istəmədiyi şeyi eləsin. Yəni insanda öz iradəsinə, istəklərinə qarşı getmə gücü var. Ramazan ayının orucu məhz bu xüsusiyyəti insanda yaradır ki, insanın könlü bir şeyi istəyə-istəyə onu tərk etməyi bacarsın. Bu da insanlığın ləzzətini dadmaqdır. Yəni insanı bütün canlı aləmdən ayıran xüsusiyyət budur ki, özünə yox deyə bilir. Ramazan ayında Allah bu xüsusiyyəti insanda imtahana çəkir. Bir müddət ərzində təbii ehtiyaclardan keçməli olursan: yeməkdən, içməkdən. Yəni bu, insanın gücünü göstərir, özünü özünə tanıtdırır, insanın iradəsinin möhkəm olmasını göstərir. Peyğəmbəriz ən böyük mübarizə, nəfslə mübarizədir deyib. Bu mübarizə də istəyə yox deməkdə ibarətdir.
İnsan azadlığı ən çox dəbdə olan mövzu olsa da, ona baxışlar müxtəlifdir. Tutaq ki, Qərb dəyərləri, Avropa liberal demokratiyası nöqteyi-nəzərindən insanın istədiyini eləməsi azadlıqdır. Azadlıq harada dayanır? Başqasının azadlığının məhdudlaşdığı yerdə. Yəni sərhəd bura qədərdir. İnsan ürəyindən nə keçir onu edirsə azad insandır...
Amma mənəvi, dini nöqteyi-nəzərdən azadlığa yanaşıldıqda görürük ki, tamam fərqli bir şeydir. İnsanın həqiqi azadlığı onun ürəyinin istədiyini eləməməsi, özünün qarşısını kəsməsidir. Açıq desək, bu, insanın öz istəklərinin əsarətindən azad olmasıdır. Əslində ürəyindən keçəni eləyən adam dini nöqteyi-nəzərdən əsirdir, quldur. Öz istəklərinin əsiridir. Amma həqiqi azadlıq daxili azadlıqdır ki, insan öz istəklərinə yox deyə, hakim ola bilir. Deməli insan ağa olur, onun istəyi insanın qulu. Əksinə olursa, istək diqtə edir və mən onu icra edirəmsə, o zaman “Quran”da bu barədə ayə var ki, öz nəfsini özünə tanrı edəni gördünmü? Bu bəzi adamlara aid edilir. Yəni bəzən insan öz meyllərini özünə tanrı edə bilər. Oruc məhz bu xüsusiyyəti insanda yaradır ki, insan öz istəkləri ilə mübarizə aparmağı bacarsın.

Burda söhbət zərərli istəklərdən gedir, yoxsa ümumiyyətlə istəklərdən gedir?

Zəruri ehtiyaclar var ki, bu ehtiyacları heç kəs insana qadağan etmir. Yəni Allah yaradıb və yemə demir. Amma ilin müəyyən vaxtında, hətta həmin vaxtın da müəyyən saatlarında zəruri ehtiyacı tərk etməklə insan bir növü məşq edir. Özünə hakim olma dərsidi bu. Bəzi ehtiyaclar var ki, onlar zərərsiz olsa da elə olur ki, bu ehtiyacları da tərk etmək gərək olur. Məsələn, şəxsiyyət kimi formalaşmış insanlara baxaq. Onlar ürəyi istədiyi vaxt yeməyiblər, yatmayıblar, ciddi rejimlə yaşayıblar. Məsələn, yeyib-içib, gəzsəydilər hansısa bir keyfiyyətə, dəyərə sahib olmazdılar. Böyük şəxsiyyətlərin müsbət və mənfiliyindən asılı olmayaraq bütün şəxsiyyətlərin – hətta diktatorların həyatını araşdırsaq, bunların hamısının həyatına nəzər salsaq görərik ki, bu adamlar güclü şəxsiyyəti nələrdənsə keçməklə, imtina etməklə əldə ediblər. Hətta zərərli olmayan bir şeydən keçməklə. Məsələn, yuxusunu azaltmaqla. Yuxu ki, zərərli deyil. Yatmaq insanın haqqıdır. Yeməyi, gəzməyi, gülməyi, danışmağı azaltmaqla. Müəyyən bir rejimdə yaşamaqla. Oruc da belədir. İlin bütün vaxtlarında oruc bizə vacib edilməyib. Allah-taala buyurur ki, halalları özünüzə haram etməyin. İnsanın yemək, yaşamaq, həyatdan zövq almaq haqqı var. Ancaq ilin bir vaxtı, bir ayında Allah insana əlavə güc vermək üçün, hətta bəzi zəruri ehtiyacalardan çəkindirir. Bunun da ləzzətini insan oruc tutanda hiss edir ki, gözünün önünüdə bütün nemətlər var. İnsanın özünün özündən xoşu gəlir ki, yəni məndə bu güc var ki, ürəyim istəyə-istəyə eləmədim. Bir növ məşq edir və bu məşq gələcəkdə də onun həyatında yardımçı olur. Bu da günahlara qarşı dirənməni artırır.

Simsar.az

 

 






3 Avqust, 2012  19:15 Baxılıb: 1288 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner