Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xəzər sahili boyunca yeddi radiolokasiya stansiyası quraşdırılacaq

ABŞ Dövlət Departamenti: “Bu stansiyalar dəniz kəşfiyyatının aparılması və qaçaqmal təhlükəsinin aşkarlanması məqsədilə istifadə olunacaq”


ABŞ Dövlət Departamenti 2011-ci ildə dünyada terrorçuluğa qarşı mübarizəyə dair hesabatını açıqlayıb. Simsar.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, hesabatda Azərbaycanla bağlı bir sıra faktlar öz əksini tapıb.

Sənəddə bildirilir ki, Azərbaycan terror təşkilatlarına qarşı aktiv mübarizə aparıb, quru və dəniz sərhədlərinin mühafizəsinin təmin olunması üçün tədbirlər görüb.

“Azərbaycan hökuməti potensial bioterrorizm təhlükəsinin qarşısını almaq məqsədilə tədqiqatlar aparmağa imkan verən mərkəzi laboratoriyanın modernləşdirilməsini başa çatdırıb. Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması proqramı əsasında hökumət Xəzər sahili boyunca yeddi radiolokasiya stansiyasının quraşdırılmasını öz üzərinə öhdəlik olaraq götürüb. Bu stansiyalar hərbi-dəniz donanması, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən dəniz kəşfiyyatının aparılması və qaçaqmal təhlükəsinin aşkarlanması məqsədilə istifadə olunacaq. Bundan başqa Dövlət Sərhəd Xidməti Gəncə aeroportunun təmiri zamanı yeni portal monitorlar quraşdırıb”.

Hesabatda bildirilir ki, Azərbaycan həmçinin sərhəd keçmələrə dair portal monitorlardan alınan informasiyaların mərkəzləşdirilməsi məqsədilə Milli Kommunikasiya Sistemi (pilot layihə) quraşdırıb.






1 Avqust, 2012  16:14 Baxılıb: 1163 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner