Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«LONDON-2012»-DƏ AZƏRBAYCAN BİABIRÇILIĞI - VİDEO

Özünü XİN-nin əməkdaşı kimi təqdim edən şəxs qara bazarda bilet satır


«London-2012» olimpiya oyunlarında bilet satışı ilə bağlı biabırçılıq yaşanır. Özü də bu biabırçılıqda azərbaycanlıların adları hallanır.
Simsar.az «Sky News» xəbər agentliyinə istinadən bildirir ki, olimpiya oyunları üçün nəzərdə tutulan biletlər qara bazarda satılır. Özünü Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs əldə etdiyi pulsuz biletlərin yarışın keçiriləcəyi idman sarayının qarşısında satışı ilə məşğul olub. Təqdim olunan videodan da görünür ki, şəxsin boyununda Azərbaycanın üç rəngli bayrağı, əlində isə bilet var. Şəxs avqustun 3-də keçirilməsi nəzərdə tutulan boks yarışı üçün bilet satıb. Döşündə "Azərbaycan Olimpiya Komitəsi" yazılmış nişanı gəzdirən şəxs bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verildiyi iddia olunan biletlər saxtadır. Azərbaycan bayrağı ilə şəhərdə gəzən şəxslərin əksəriyyətində ehtiyat biletlər var.
Bilet satışı ilə məşğul olan şəxs isə bildirib ki, o, Nazirlikdə işləyir və biletləri də onlara XİN-dən veriblər. Eyni zamanda qeyd olunur ki, kassalardan kənarda satılan bütün biletlər etibarsız hesab olunur. Qara bazardan bilet alanlar idman yarışına tamaşa etməyə gələndə qapı arxasında qalmalı olurlar. Çünki onlara satılan biletlər etibarsız çıxıb.
Qeyd edək ki, qara bazarda bilet satışı ilə məşğul olan şəxslər qanuna görə, 20.000 avro cərimə və ya altı ay azadlıqdan məhrum edilirlər. «London-2012» oyunları başlayandan bəri 29 nəfər həbs edilib.

Azərbaycan Olimpiya Komitəsindən isə məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

RUSLAN 






31 İyul, 2012  19:48 Baxılıb: 1290 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner