Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qubadakı "Soyqırım Memorial Kompleksi" sentyabrda təhvil veriləcək

Qəhrəman Ağayev: “Sümüklər dərmanlanmalıdır, çünki onlarda eroziya prosesi sürətlənib"

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Quba rayonunda inşa olunan “Soyqırım Memorial Kompleksi” bu il sentyabrın 15-dək təhvil veriləcək.

 Bu barədə Simsar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev məlumat verib. Onun sözlərinə görə, məzarlıqdakı sümüklərin şüşə altına qoyulması nəzərdə tutulur. 

Q. Ağayev deyib ki, hazırda məzarlıqdakı sümüklərin çürümə prosesi davam edir: “Sümüklər dərmanlanmalıdır, çünki onlarda eroziya prosesi sürətlənib. Geoloji seysmiklik sümüklərə güclü təsir edib”.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilər azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələrini də qətlə yetirib. 514 kvadratmetr sahəsi olan məzarlığın 499 kvadratmetr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arx aşkarlanmışdı.

Prezidenti İlham Əliyev 2009-cu ildə Prezidentin Ehtiyat Fondundan Qubada “Soyqırım Memorial Kompleksi”nin yaradılması məqsədilə 1 milyon manat ayırıb.






31 İyul, 2012  17:07 Baxılıb: 979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner