Orucluq ayında Türkiyədə gözəl kampaniyaya başlanılıb
Türkiyədə bir sıra mağazalarda ehtiyaclılar üçün pulsuz çörək verilir. “Ehtiyaclılar çörək ala bilir” elanlarına İstanbul, İzmir və Ankaranın bir sıra mağazalarında rast gəlmək olar. Bu zaman sui-istifadə hallarına demək olar ki, rast gəlinmir. Azərbaycanda iş adamları hələ ki, belə bir kampaniya həyata keçirməyə tələsmirlər. Baxmayaraq ki, çoxları oruc tutduqlarını bəyan edirlər.