Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azəriqaz" planını açıqladı

Azərbaycanda 1 403 049 əhali abonenti olmaqla qazlaєma səviyyəsi 76,2 faizə çatıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) və "Global Services" MMC arasında imzalanan müqavilə çərçivəsində 2013-cü ilin sonunadək Azərbaycanda qazlaşmanın səviyyəsi 95 faizə çatdırılacaq. Simsar.az-ın məlumatına görə, bu barədə cümə günü İB-nin yaydığı məlumatda deyilir.

"Global Services" iyunun 14-də qazlaşma və qaz təchizatının yaxşılaşdırılması üzrə işlərin alınması məqsədilə İB-nin keçirdiyi açıq tenderin qalibi olub.

1 iyul 2012-ci il tarixinə olan məlumata görə, Azərbaycanda 1403049 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 76,2 faiz, o cümlədən Bakı şəhərində 632068 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 96,2 faiz, regionlarda 770981 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 65,2 faiz təşkil edib.

"2013-cü ilin sonuna qədər respublikanın müxtəlif bölgələrində 463514 mənzilin qazlaşdırılması nəzərdə tutulub" , - məlumatda deyilir.

İşlər çərçivəsində 32-530 mm diametrli 1877 km polad daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 25-400 mm diametrli 19377 km polietilen daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 463514 ədəd qaz sayğacının (o cümlədən 48145 ədəd "smart-kart" tipli elektron qaz sayğacının, 415369 ədəd mexaniki qaz sayğacının) və bununla bağlı 20-25 mm diametrli 20896 km boru xəttinin quraşdırılması, 439189 ədəd fərdi qaz tənzimləyicilərinin, 1162 ədəd qaztənzimləyici şkafların, 80 qazpaylayıcı stansiyada yeni tənzimləyici və nəzarət-ölçü avadanlıqlarının quraşdırılması planlaşdırılır.






27 İyul, 2012  18:07 Baxılıb: 1006 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner