Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Qız qalası"ndan üç qəbir tapıldı

Bu barədə tarix üzrə fəlsəfə doktoru, arxeoloq Akif Quliyev məlumat verib

Şamaxı rayonunun Böyük Xınıslı kəndinin ərazisində yerləşən "Gülüstan" qalasında aparılan arxeoloji qazıntı işləri zamanı müxtəlif təyinatlı tikililərin qalıqları və çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar edilib. Simsar.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadla verdiyi məlumata görə, bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev məlumat verib. 

Onun bildirdiyinə görə, el arasında "Qız qalası" adlandırılan və min ildən artıq tarixə malik, Şirvanşahlar dövlətinin əsas iqamətgahı sayılan Gülüstan qalasında aparılan arxeoloji tədqiqat işləri zamanı XI-XII əsrlərə aid sənətkarlıq emalatxanaları, təndirlər, dulusçu sobaları, üç qəbir, müxtəlif ox ucluqları, gümüş və mis sikkələr, muncuqlar, şüşə bilərziklər, daşdan hazırlanmış top mərmiləri, epiqrafik yazı nümunələri, daş kitabələr və s. aşkarlanıb.

Arxeoloqlar qazıntı işləri zamanı IV əsrə aid olan və Bizans imperatoru I Konstantinin adına zərb edilmiş mis sikkələr, eləcə də Pirdirəyi və Gülüstan dağlarının arasından keçən Zoğalavay çayının sahilindən Gülüstan qalasına çəkilmiş gizli yeraltı yol da aşkar ediblər. Həmin yeraltı gizli yolda arxeoloji tədqiqat işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, bu günədək Gülüstan qalasının 600 kvadratmetr ərazisində arxeoloji tədqiqat işləri aparılıb və avqustun sonunadək daha 300 kvadratmetr ərazidə arxeoloji qazıntının aparılması nəzərdə tutulur.






26 İyul, 2012  19:12 Baxılıb: 1093 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner