Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yollarda sürət bir az da artırılacaq

Təmir-tikinti işlərindən sonra qərar veriləcək 

Yaxın vaxtlarda Azərbaycanın əksər avtomobil yollarında son sürət həddi artırılacaq. Bu barədə Trend-ə "Azəriyolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. 


"Yaxın gələcəkdə respublikanın bir çox avtomobil yollarında yenidənqurma və tikinti işləri başa çatdırıldıqdan sonra sürət həddinin artırılacağı gözlənilir", - Mürsəliyev bildirib.

O bildirib ki, son vaxtlar Azərbaycanda ardıcıl olaraq həyata keçirilən iqtisadi islahatların nəticələri, nəqliyyat vasitələrinin sayının artması və bir çox səbəblər yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsini zəruri edib.

Onun sözlərinə görə, son illər respublikanın avtomobil yollarında geniş əhatəli işlər görülüb və hazırda bu işlər sürətlə davam etdirilir.

Müasir tələblər səviyyəsində qurulan avtomobil yollarında buraxma qabiliyyətini normal təmir etmək üçün sürətin artırılması vacib şərtlərdən biri sayılır.

Mürsəliyev deyib ki, avtomobil yollarının layihələndirilməsi üzrə tikinti norma və qaydalarına görə, dağlıq ərazilər istisna olmaqla, düzən relyefdə 1-ci texniki dərəcəli 4 zolaqlı hərəkət istiqaməti olan avtomobil yollarında hesabi sürət 150 km/saata qədərdir.

Bütün bunları nəzərə alaraq, respublikanın yenidən qurulmuş bir çox avtomobil yollarında nəqliyyatın keçməsini normal təmin etmək üçün hərəkət sürəti 110 km/saata qədər artırılıb.

Buna misal olaraq Bakı-Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Bakı-Quba-Rusiya sərhədi avtomobil yollarının müəyyən hissələrini göstərmək olar.






25 İyul, 2012  19:58 Baxılıb: 1075 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner