Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əmək pensiyası alanların sayı 1 milyon 273 min 640 nəfərə çatıb

İyulun 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 273 min 640 nəfər təşkil edib.

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə, onlardan yaşa görə əmək pensiyası alanların sayı 803 400 nəfər, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 335 680 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 134 560 nəfərdir. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. Cari ilin 6 ayının göstəricilərinə əsasən, hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatıb. Bununla da son illər ərzində sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunub.






25 İyul, 2012  19:47 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner