Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Ali Neft Məktəbinin tələbələrinə iki diplom və 100 manat təqaüd veriləcək

Elmar Qasımov: "Üç il sonra Bakı Ali Neft Məktəbi Bibiheybət ərazisində inşa olunan tələbə şəhərciyinə köçürüləcək"

Bu gün Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təhsil müəssisəsinin fəaliyyətinin təşkilinə həsr olunmuş mətbuat konfransı keçirib. Simsar.az-ın məlumatına görə, E. Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbi prezidentin fərmanı ilə 2011-ci il noyabrın 29-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunda yaranıb, 2012-ci ilin fevralında qurumun Nizamnaməsi dövlət qeydiyyatından keçib. Onun sözlərinə görə, 2012-ci ilin mayında Təhsil Nazirliyi tərəfindən ali məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya) verilib. Bu ilin sentyabrında ali məktəbdə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə 100 tələbə təhsil alması nəzərdə tutulub. 

Rektor ARDNŞ-in fəaliyyətini ölkənin hüdudlarından kənara çıxması və transmilli şirkətə çevrilməsi səbəbilə müasir biliklərə yiyələnmiş və ingilis dilində təhsil almış mühəndis kadrlara böyük ehtiyac yarandığı bildirib: “Bu səbəbdən Bakı Ali Neft Məktəbinin qarşısına tədris prosesinin inkişaf etmiş ölkələrdə tətbiq edilən proqramlar və texnologiyalar əsasında həyata keçirilməsi kimi bir vəzifə qoyulub. Vəzifənin yerinə yetirilməsini təmin etmək üçün Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələri qurulub. Həmin universitetin tədris proqramlarının tətbiqinə başlanılıb, məhz bu səbəbdən məzunlara iki diplom veriləcək”.

E. Qasımovun sözlərinə görə, hazırda ali məktəbin binasında təmir işləri aparılır. O, həmçinin yaxın 3 il ərzində Bakı Ali Neft Məktəbinin dünyanın ən yaxşı ali məktəblərindən biri olacağını da deyib: "Bibiheybət ərazisində ali məktəb üçün kampus tikiləcək, təhsil müəssisəsi 3 ilə həmin şəhərciyə köçürüləcək. Gələcəkdə məktəbə Böyük Britaniya və Türkiyədən müəllimlər dəvət olunacaq. Həmçinin burada təhsil alan tələbələr xaricə bir illik təhsil almağa göndəriləcək”.

Rektor məktəbin bu il sentyabrın 15-də tədris prosesinə başlamağa tam hazır olduğunu və təhsilin ödənişsiz olacağını qeyd edib. E. Qasımov Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin həyata keçirdiyi qəbul imtahanlarında yüksək bal toplayan abituriyentləri Bakı Ali Neft Məktəbinə dəvət edib. O, məktəbdə tələbələr üçün 100 manat təqaüdün nəzərdə tutulduğunu da açıqlayıb.






25 İyul, 2012  18:01 Baxılıb: 1496 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner