Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ORUC TUTANLAR, DİQQƏT!

Çox isti və günəşli havada hətta sağlam insanların belə çölə çıxamamağı məsləhət görülür

Gün keçdikcə oruc tutmağın çətinləşməməsi üçün oruc tutanlar 1 ay ərzində yuxu rejimindən tutmuş geyiminə qədər bir çox şeydə diqqətli olamldırlar. Həkimlərin sözlərinə görə, yay fəslinə təsadüf edən Ramazanda oruc tutmaq, nəticədə uzun müddət ac qalmaq qandakı şəkərin miqdarını azaldır. Bundan başqa diqqət zəifləyə, qan təzyiqi enə və ya qalxa bilər, həmçinin çeviklik azala və halsızlıq yarana bilər.
Adətən Ramazan ayında imsakda hazırlanan süfrə səhər yeməyindən daha zəngin, eləcə də iftar süfrəsindəki, yeməklər də adi axşam yeməyindən daha çox olur. Halbuki, bu ayda da məqsəd lazımi qədər və düzgün qidalanmanı təmin etmək olmalıdır.
Oruc tutanların əksəriyyəti imsakdan sonra yatdığı üçün həkimlər məsləhət görür ki, imsakda daha yüngül yeməklərə üstünlük versinlər. Buna görə də, duzlu və yağlı yeməklərdən istifadə etməmək, maye qəbuluna isə diqqət yetirmək lazımdır. İmsakdan sonra yatanlar çalışmalıdır ki, başları hündürdə olsun.
İftarda isə oruc yüngül şorba ilə açılmalı və yalnız bundan sonra namaz qılınmalıdı. Namazdan sonra isə iftar yeməyinə davam etmək olar. İftardan dərhal sonra isə yatmaq məsləhət deyil. Toxluq hissi yuxu gətirsə də, ən azı iki saat gözləmək lazımdır.
Həkimlər oruc tutanda acmamaq üçün tamamilə hərəkətsiz qalmağı da məsləhət görmür. Yüngül idman yaxud da, gəzinti qan dövranını yaxşılaşdırmağa kömək edər.
Yüksək təzyiq, şəkərli diabet, ürək, qaraciyər və böyrək xəstəlikləri olanlara oruc tutmaq olmaz. Bundan başqa epilepsiya, migren, mədə, xərçəng kimi xroniki xəstəliyi olanlara oruc tutmaq məsləhət deyil. Buna baxmayaraq yenə oruc tutmaq istəyənlərsə orucu həkim nəzarəti altında tutmalıdır. Gün əzrində dərman içməli olanlarsa, həkimə müraciət etmədən dərmanların qəbul edilmə vaxtını dəyişdirməməlidirlər.
Oruc olanda çox isti yerlərdə olmaq, daha çox tərləməyə səbəb olan işlər görmək bədəndəki suyun miqdarının daha da azalmasına və bununla da susuzluğun artmasına səbəb ola bilər. Çox isti və günəşli havada hətta sağlam insanların belə çölə çıxamamağı məsləhət görülür. İsti havada işləməyə məcbur olanların isə açıq rəngli, enli, pambıq paltarlar geyinməyi və geniş ətrafı olan şapka taxmağı , başını və üzünü gün ərzində tez-tez yumağı, imkan daxilində bir neçə dəfə duş qəbul etməyi məsləhət görülür.

Fatimə Kərimli






24 İyul, 2012  21:05 Baxılıb: 1168 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner