Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər üçün yeni müsabiqə

Müsabiqəni DSMF elan edib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) kütləvi informasiya vasitələri üçün “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili” mövzusunda müsabiqə elan edib.

DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, müsabiqə Fondun 20 illik yubileyinin keçirilməsi ilə bağlı “Tədbirlər planı”na uyğun olaraq keçirilir. Müsabiqəyə 10 iyul 2012-ci il tarixdən 20 sentyabr 2012-ci il tarixədək DSMF-in son 20 ildə göstərdiyi fəaliyyətlə bağlı mətbuatda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 qəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 20 sentyabr 2012-ci il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və tele-radio materiallarının müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaqlar.

Qəzet və jurnallarda, saytlarda çap olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat

Televiziya və radio kanallarında verilmiş ən yaxşı tele-radio verilişləri və telesüjetlər üzrə:

1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat

Bundan başqa, hər iki nominasiya üzrə ümumilikdə cəmi 1000 manat məbləğində 10 həvəsləndirici mükafat da nəzərdə tutulub. Müsabiqəyə təqdim olunan yazıları və tele-radio materialları DSMF-nin rəhbər və mütəxəssislərindən ibarət Komissiya qiymətləndirəcək.






24 İyul, 2012  19:44 Baxılıb: 923 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner