Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DSMF-də sığortaolunanların sayı 2 milyon nəfəri ötüb

Bu ilin 6 ayı ərzində Fond tərəfindən əlavə olaraq 80 889 vətəndaşa sosial sığorta nömrəsi verilib

Bu ilin birinci yarısında dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə davam etdirilən tədbirlər nəticəsində, sistemdə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon nəfəri ötüb. Belə ki, bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 80 889 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə, 1 iyul tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 047 743 nəfərə catıb. Sığortaolunanların 56,2 faizi kişi, 43,8 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,8 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21 faizini 30 yaşa kimi vətəndaşlar, 23,1 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,7 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,4 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.





23 İyul, 2012  23:36 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner