Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

9 milyon 294 min 400

Azərbaycanda əhalinin sayı aşıqlandı

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 59,3 min nəfər və yaxud 0,6% artaraq 2012-ci il iyul ayının 1-i vəziyyətinə 9 294,4 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Simsar.az-a verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 107 nəfər olub. Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd yerlərində məskunlaşıb və onların 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edib, 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 kişiyə 1 015 nəfər qadın düşür.

Bununla yanaşı, cari ilin yanvar-iyun ayları ərzində 86,4 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19-dək artıb. Doğulanların 53,8%-i oğlanlar, 46,2%-i qızlardır. Körpələrin 896-sı əkiz, 24-ü isə üçəm doğulub.

Eyni zamanda cari ilin altı ayı ərzində ölkədə 28 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,1) qalaraq dəyişməyib.






20 İyul, 2012  20:01 Baxılıb: 838 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner