Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qəbul imtahanlarında keçid ballar niyə aşağı salınıb?

Məleykə Abbaszadədən maraqlı izahat 

Azərbaycanda ali məktəblərə qəbul zamanı müsabiqədə iştirak üçün tələb olunan minimal balların aşağı salınmasının səbəbləri açıqlanıb.

Simsar.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, müsabiqədə iştirak üçün tələb olunan minimal ballarının aşağı salınmasında əsas məqsəd ali məktəblərdə plan yerlərini boş qoymamaq deyil, daha çox abituriyentin ali təhsil almasına imkan yaratmaq və onların qəbul üçün qeyri-rəsmi yollara əl atmasının qarşısını almaqdır. M. Abbaszadə bildirib ki, ali məktəblərin III ixtisas qrupu üzrə ixtisas seçimində iştirak üçün tələb olunan minimal ballar 250-dən aşağı salınmayacaq: “Müsabiqədə iştirak üçün tələb olunan 250 bal elə də aşağı deyil. Çünki bəzi illərdə hətta abituriyentlərə 200 balla da ali təhsil almağa imkan verilib. Müəyyən şirkətlər xarici ölkələrin ali məktəblərinə tələbə dəvət edirlər. Mən bilmirəm ki, bu şirkətlər nə dərəcədə düzgün iş aparırlar və uşaqlar onların vədlərinə aldanıb getdikləri ölkədə hansı səviyyədə təhsil ala biləcəklər. Biz hesab edirik ki, 250 balla humanitar sahə üzrə ali təhsil almaq mümkündür. Təbii ki, 250 balla tələbə yığan məktəblə 600 baldan yuxarı nəticə göstərən tələbəsi olan məktəbin təhsil mühiti müxtəlif olacaq”. 

TQDK sədrinin sözlərinə görə, təhsil almaq hüququ Azərbaycan dövlətinin vətəndaşlarına verdiyi hüquqlardan biridir. Amma dövlət heç zaman təhsil almış insanlarına işlə təmin edəcəyi barədə zəmanət vermir: “Abituriyent özü ixtisasını seçərkən fikirləşməlidir ki, o, sonra iş tapa biləcək, ya yox. Dövlət zəmanət vermir ki, mən sənə iş verəcəyəm. Amma ə






20 İyul, 2012  17:39 Baxılıb: 897 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner