Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zöhrəvi xəstəliklərin müalicəsindən yayınanlar cərimələnəcəklər

HİV-li xəstə ilə əlaqədə olan şəxs məcburi müayinə olunacaq 

Azərbaycanda zöhrəvi xəstəliklərə yoluxmuş şəxslər müalicədən boyun qaçırmağa görə cərimələr tətbiq edilib.

Simsar.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində bununla bağlı müvafiq dəyişikliklər olub. Dövlət başçısının təsdiqlədiyi dəyişikliklərə əsasən Məcəlləyə sağlamlıq əleyhinə olan inzibati xətalara həsr olunmuş yeni maddələr əlavə edilib. 

Bu maddələrə əsasən zöhrəvi xəstəliklərə yoluxmuş şəxslər müalicədən boyun qaçırsa cərimələnəcəklər. Maddədə qeyd olunur ki, zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə cərimə 100-150 manat təşkil edəcək.

Bundan başqa, zöhrəvi xəstəliklərə və ya immun çatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması da cərimələnmə ilə nəticələnəcək. Məcəlləyə əsasən, zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə cərimə 80-120 manat təşkil edəcək.

Məcəlləyə dəyişikliklərə görə, zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi də cərimə ilə nəticələnəcək. Belə ki, zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə cərimə 100-200 manat, insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub insanın immun çatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə isə cərimə 200-400 manat təşkil edəcək.

Məcəlləyə daxil edilən yeni maddələrdə qan köçürmə zamanı yol verilən pozuntulara görə də cərimələr nəzərdə tutulur. Belə ki, donor olmaq və qan vermək istəyən şəxs əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat verməsə, 30-35 manat cərimə ediləcək.

Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə cərimə isə fiziki şəxslər üçün 35-40 manat, vəzifəli şəxslər üçün 40-65 manat, hüquqi şəxslər üçün isə 100-150 manat nəzərdə tutulub.






19 İyul, 2012  19:30 Baxılıb: 887 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner