Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məhsulların keyfiyyətilə bağlı yeni hesabat

2012-ci ilin birinci rübündə 305 yoxlama həyata keçirib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2012-ci ilin ilk yarısı ərzində görülmüş işlərlə bağlı hesabat yayıb. Simsar.az saytının məlumatına görə, hesabatın “Texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti” bölümündə deyilir ki, məhsulların keyfiyyətinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti həyata keçirir: “Xidmət yaradılanadək 2012-ci ilin birinci rübü ərzində komitənin dövlət nəzarəti idarələri ümumilikdə 305 yoxlama həyata keçirib. Bunlardan 117-si ərzaq məhsulları, 188-i qeyri-ərzaq məhsullarının payına düşür.

Yoxlamalar zamanı 174 müəssisədə nöqsan aşkar edilərək 174 iradnamə və 156 tələbnamə verilib. Aparılmış yoxlamaların 44-ü çörək istehsalı, 15-i süd və süd məhsulları, 18-i şərq şirniyyatı, 5-i alkoqollu içki istehsalı, 10-u alkoqolsuz içki istehsalı, 9-u ət və ət məhsulları, 5-i kolbasa istehsalı, 6-sı şəkər və qənd istehsalı, 5-i isə digər yeyinti sahəsini əhatə edib. Aparılmış sınaqların mənfi olması səbəbindən 260 kiloqram kolbasa, 540 litr meyvə şirəsi, 131 kiloqram süd məhsulları məhv edilib.

Yeni yaradılmış Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti də iyun ayında Bakı şəhəri üzrə 15, Sumqayıt Ərazi İdarəsi üzrə 4, Yevlax Ərazi İdarəsi üzrə 5, Gəncə Ərazi İdarəsi üzrə 8, Lənkəran Ərazi İdarəsi üzrə 7, Şəki Ərazi İdarəsi 8 olmaqla ümumilikdə 47 istehsal sahəsində yoxlama aparıb. Aparılmış yoxlamaların nəticəsi olaraq 32 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsal olunduğuna görə həmin təsərüffat subyektlərinə iradnamə və istehsalın qadağan olunması barədə 23 tələbnamə, 20 sahibkarlıq subyektinə məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib.

İstehsalının və satışının qadağan olunması barədə verilmiş tələbnamələrdən 4-ü süd məhsulları, 7-si alkoqolsuz içki, 6-sı çörək məhsulları, 2-si neft-mədən avadanlıqlarından qazma qurğusuna və qaz balonlarına verilib. 27 sahibkarlıq subyektində inzibati xəta aşkar olunduğundan protokol tərtib edilərək inzibati qaydada cərimə tətbiq edilib”.






19 İyul, 2012  14:42 Baxılıb: 912 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner