Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gülər Əhmədova "Bizim Yol"dan Mətbuat Şurasına şikayət edib

Bizim yol qəzeti şübhəli mənbənin məlumatını rəsmi mənbələrdən dəqiqləşdirməyə cəhd etməyib"

Milli Məclisin deputatı Gülər Əhmədova “Bizim yol” qəzetindən Mətbuat Şurasına şikayət edib.

“Mərkəz”in məlumatına görə, millət vəkilinin Mətbuat Şurasına müraciətində “Bizim yol” qəzetinin peşə davranışı qaydalarını pozduğu, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağıladığı qeyd olunub.

Gülər Əhmədova onu da bildirib ki, qəzet redaksiyası ilə problemi danışıqlar yolu ilə həll etməyə çalışsa da, qarşı tərəf bunun üçün heç bir istək nümayiş etdirməyib. “Mənim və qəzetin nümayəndələrinin arasında böhtan xarakterli məlumatların təkzib edilməsi barədə şifahi razılıq əldə olunsa da, qəzet öz adından təkzibi dərc etmək əvəzinə mənim redaksiya ilə əlaqə saxladığımı yazıb. Bununla da “Bizim yol” qəzeti problemin öz aramızda həll olunması barədə razılaşmanın şərtlərini pozub”, – müraciətdə qeyd olunur.

Gülər Əhmədova qeyd edib ki, “Bizim yol” qəzeti şübhəli, eyni zamanda cəmiyyətdə heç bir nüfuzu olmayan, hətta, KİV-lər arasında da mənfi imic qazanmış mənbələrin məlumatlarına əsaslanaraq, böhtan xarakterli məlumatlar yayır: ““Bizim yol” qəzetinin tirajladığı böhtanları Mətbuat Şurasının “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə bu nəşrlər “qara siyahı”ya daxil etdiyi “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli tərəfindən yaradılmış sayt yayıb. “Bizim yol”dan fərqli olaraq, “Yeni Müsavat” qəzeti saytın yaydığı məlumatı dəqiqləşdirmək üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətinə müraciət edib və oradan məlumatın həqiqətə uyğun olmadığı bildirilib. “Bizim yol” qəzeti isə şübhəli mənbənin məlumatını rəsmi mənbələrdən dəqiqləşdirməyə cəhd etməyib”.






18 İyul, 2012  14:26 Baxılıb: 899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner