Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

.

İyulun 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirovun Simsar .az-a verdiyi məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələr barədə danışıb.

Sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, ötən müddət ərzində bu sahədə müsbət nəticələr qazanıldığını və Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmizin internet istifadəçilərinin sıxlığına görə MDB və regionda liderliyini qoruyub saxladığını vurğulayıb. Nazir ötən dövr ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,0 % artdığını və bunun ölkənin iqtisadi sektorunda ən yüksək artım olduğunu qeyd edib.

Sonra Aparat rəhbəri Vidadi Zeynalov, RİTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib.

Kollegiyaya yekun vuran nazir ötən dövr ərzində həyata keçirilən işləri qənatbəxş hesab edərək prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq texnopark şəbəkəsinin yaradılması, elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, növbəti ilin yanvar - fevral aylarında ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması, yerli özəl şirkətlərlə iş birliyinin gücləndirilməsi, 4G yeni nəsil xidmətlərinin mobil operatorlar tərəfindən tətbiqinin təmin edilməsi, rouminq tariflərinin endirilməsi üçün müvafiq işlərin görülməsi, “nömrə daşıma” sisteminin reallaşdırılması, poçt sahəsində yeni islahatların aparılması və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.






18 İyul, 2012  02:54 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner