Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yol Polisi sürücülərə müraciət etdi

Paytaxtda mərkəzi prospektdə təmir işləri ilə əlaqədar bir neçə yolda hərəkət istiqaməti dəyişdirilib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov Simsar.az-a bildirib ki, “Dalğa Plaza”nın qarşısından “Azneft” dairəsi ilə Azadlıq meydanınadək Neftçilər prospekti boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə start verilib: “Bununla əlaqədar Neftçilər prospektində nəqliyyatın hərəkətinə qeyri-müəyyən vaxtadək məhdudiyyət qoyulub. Həmçinin Neftçilər prospektinə çıxışı olan bütün yollar bağlanıb”.

V. Əsədov qeyd edib ki, hazırda həmin yola əsas nativ kimi Zərifə Əliyeva küçəsi seçilib. Belə ki, Z. Əliyeva küçəsində nəqliyyatın hərəkəti ikitərəfli həyata keçirilir. Bu məqsədlə həmin küçəyə düz xətt çəkilib və əlavə işıqforlar quraşdırılıb.

Bundan başqa sürücülərdən nativ yol kimi - Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü park, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi; Üzeyir Hacıbəyov küçəsindən keçməklə Azadlıq prospekti istiqamətinə istifadə etmələri xahiş olunur.

V. Əsədov bir daha sürücülərə müraciət edərək onlardan mövcud vəziyyəti nəzərə almağa çağırıb: “Şəhərin mərkəzi küçələrində yerləşən idarə və müəssisələrdə çalışan vətəndaşlardan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur. Həmin ərazilərdə yol kənarlarında avtomobilləri park etmək qadağandır. Əks təqdirdə bu sıxlığa səbəb olacaq”.






18 İyul, 2012  00:34 Baxılıb: 893 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner