Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayevanın filminin təqdimatı olacaq

“İtirilmiş gələcək- Aygün” sənədli film 11 yaşlı qızın faciəvi ölümündən bəhs edir 

Sabah saat 11.00-da Qarabağın Azərbaycanlı İcması İB-nin (Şuşa rayon İcra Hakimiyyəti) binasında Avrasiya Beynəlxalq Araşdırmalar İB-nin xətti ilə istehsal olunan “İtirilmiş gələcək- Aygün” sənədli filminin təqdimatı və təqdimatla bağlı tədbir keçiriləcək. Filmin direktoru və məsləhətçisi millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İB-nin sədri Qənirə Paşayeva, ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir. Film 11 yaşında erməni terrorunun qurbanı olan Aygün Şahmalıyevanın acı həyatına həsr olunub. “İtirilmiş gələcək- Aygün” sənədli filminin çəkilişləri Aygünün Sankt-Peterburqdan qonaq gəldiyi və şəhid olduğu Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində aparılıb. Xatırladaq ki, Aygün mənbəyini Ermənistandan götürən Tovuz çayından tapdığı, içərisinə bomba yerləşdirilmiş oyuncağın partlaması nəticəsində həlak olmuşdu. Artıq onun ölümündən 1 il ötür. Film bir uşağın, bir ailənin, insanlığın faciəsi, inanılmaz terror faktının timsalında əslində ermənilərin humanizmi dəfn etdiyinin ən bariz nümunəsidir. Bundan başqa “İtirilmiş gələcək- Aygün” filmində Əlibəyli kəndinin hər gün erməni təcavüzünə məruz qalması əksini tapmaqla bərabər, bu və bunun kimi hadisələrə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb olunması cəhdləri də yer alıb. Burada dünya ictimaiyyətinin azərbaycanlıların başına gətirilən ölçüyəgəlməz bəlalara diqqətsiz qalmasının və hələ də susmasının yolverilməz olduğu və nəticədə yeni-yeni qurbanların olacağına diqqət çəkilir.
32 dəqiqəlik sənədli film rus və ingilis dillərinə tərcümə olunaraq xarici ölkələrdə də təqdim olunacaq






17 İyul, 2012  21:21 Baxılıb: 964 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner