Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Magistraturaya qəbul olan 603 nəfər qəbul olanlar siyahısından çıxarılıb

Onlar qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçməyiblər

Azərbaycanda ali məktəblərin magistraturalarına daxil olan şəxslərin 11 faizi qəbul olanlar siyahısından xaric edilib. Bu barədə Simsar.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, magistraturaya qəbul olan 5020 şəxsdən yalnız 4417 nəfəri qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçiblər. 

Magistrlərin daxil olduqları ali məktəblərdə qeydiyyatı iyulun 3-də başlayıb və iyulun 13-ü saat 17.00-da başa çatıb. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilib və qeydiyyatdan keçməyənlər magistraturaya qəbul olanlar siyahısından xaric ediliblər.

E. Nağızadə deyib ki, qeydiyyatdan keçməyən abituriyentlərin yerlərinə avqustun əvvəllərində magistraturaya boş qalan plan yerləri ilə birgə əlavə yerləşdirmə aparılacaq.






16 İyul, 2012  20:45 Baxılıb: 837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner