Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

JURNALİSTİKAYA QƏBULUN DAYANDIRILMASINA FƏRQLİ BAXIŞ - MÖVQE

Zeynal Məmmədli: «Mənə elə gəlir ki, bunun siyasi səbəbləri var» 

Azərbaycanın təhsil naziri özəl ali məktəblərdə jurnalistika hazırlığının dayandırılmasına aydınlıq gətirib. Misir Mərdanovun sözlərinə görə, jurnalistika ixtisasına qəbulun dayandırılması həmin təhsil müəssisələrində jurnalist hazırlığının qənaətbəxş olmaması ilə əlaqədardır: «Həmin ali təhsil müəssisələrində jurnalistika hazırlığının keyfiyyəti ilə bağlı müəyyən monitorinqlər keçirilib və bu nəticəyə gəlinib”.
Nazirin sözlərinə görə, bu qərar hansısa qurumun deyil, Prezident yanında Təhsil Komissiyasının gəldiyi qərardır. M.Mərdanov bildirib ki, bununla belə, növbəti illərdə həmin özəl təhsil müəssisələrində jurnalistikaya qəbul bərpa oluna bilər: “Keyfiyyət yüksək olarsa, Azərbaycan cəmiyyəti həmin universitetlərdə jurnalist hazırlığının keyfiyyətinə müsbət yanaşarsa, qəbulu bərpa edə bilərik”.

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli Simsar.az-a açıqlamasında bildirib ki, birdən-birə özəl ali məktəblərdə jurnalistika fakültələrində tədrisin keyfiyyətinin aşağı olması barədə gəlinən qənaət düşündürücüdür: «Özəl ali məktəblərdə jurnalistika fakültələri on ildən yuxarıdır ki, fəaliyyət göstərir. Fakültənin fəaliyyəti elə ilk vaxtlardan göz altına alınmalıydı. Axı necə ola bilər ki, uzun vaxtdan sonra birdən-birə burada tədrisin qənaətbəxş olmadığı barədə qərar verəsən. Əslində özəl və dövlət ali məktəblərində jurnalist hazırlığının səviyyəsi eynidir. Dövlət universitetlərində də jurnalistika fakültələrində studiyalar, media kabinetləri, radio otaqları yoxdur,
Müəllimlər hələ də təlimçiyə çevrilməyiblər».

Z.Məmmədliyə görə, qərarın siyasi tərəfləri var: «Necə ola bilər ki, vəziyyət eyni olduğu halda, dövlət univeristetlərinin jurnalistika fakültələrinə qəbul davam etdirilir, amma özəllərdə yox. Mənə elə gəlir ki, bunun siyasi tərəfləri var. Özəl universitetlərin jurnalistika fakültələri ciddi siyasi kontroldan kənarda idi. Bura üz tutan və buranı bitirən gənclərin fəaliyyətlərinə nəzarət etmək, onları hökumətin maraqları çərçivəsində istiqamətləndirmək olmurdu.
Fikir verirsinizsə, özəl universitetləri bitirən jurnalistlərin əksəriyyəti açıq fikirli olurlar və hökuməti tənqid edən media qurumlarında çalışmağa üstünlük verirlər. Jurnalist yalnız bir tərəfin maraqlarına xidmət edən yazılar yazırsa, deməli o, siyasi reklamla məşğul olur. Bu da jurnalistikanın prinsiplərinə uyğun deyil. Qərar Azərbaycanın ifadə azadlığı sahəsində bir addım da geriləməsinə səbəb olacaq».

Ruslan XƏLİL






13 İyul, 2012  16:39 Baxılıb: 1118 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner