Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Amerika Azərbaycanla müəllim-məktəbli mübadiləsi aparacaq

16 məktəbli və 3 müəllim gəlir, 34 məktəbli, 6 müəllim gedir 

ABŞ səfirliyi bəyan edir ki, Azərbaycanda Gənc Liderlər Proqramı (GLP) açılıb: “Bu il GLP 16 nəfər amerikalı məktəbli və 3 müəllimi Azərbaycana gətirir. 34 nəfər azərbaycanlı məktəbli və 6 müəllim isə ABŞ-a səfər edəcək.

GLP-nin məqsədi mədəni mübadilə, liderlik vərdişlərinin təbliği, icmalar üçün layihələrin planlaşdırılması və həyata keçirilməsinin ən yaxşı nümunələrini öyrətməkdir.

İyulun 9-dan Azərbaycana səyahət edən amerikalı məktəblilər ölkədə üç həftə keçirəcək, əsasən Bakı və Gəncədə ailələrdə yaşayacaqlar. Onlar icmanın inkişaf etdirilməsi və qeyri-hökumət təşkilatları sahələrində işləyəcəklər.

Sentyabrın sonu 34 azərbaycanlı məktəbli və 6 müəllim Arizona və Vaşinqton ştatlarına yollanacaq, eyni vərdişlərin inkişaf etdirilməsi ilə məşğul olacaq, təhsil kursları və görüşlərə qatılacaqlar. Bakı, Sumqayıt, Lənkəran və Gəncədən olan azərbaycanlı məktəblilər və müəllimləri amerikalı ailələr qonaq edəcək.

GLP-i Amerika Şurası idarə edir. 1974-cü ildə ərazi və dil mütəxəssisləri üçün assosiasiya kimi əsası qoyulan Amerika Şurası akademik mübadilə, dil təlimləri, məsafəli təlim, kurrikulum və testlərin inkişaf etdirilməsi və qurum yaratmaq sahələrində ixtisaslaşıb.

Ramil






11 İyul, 2012  14:46 Baxılıb: 837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner