Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İran Culfada pulsuz xəstəxana açır

Cərrahiyyə əməliyyatı pulsuz aparılacaq 

ranın əlverişsiz sərhəd bölgələrində yaşayan əhaliyə peşəkar və ixtisaslaşmış tibbi xidmətlər göstərmək üçün ölkənin Culfa şəhərində Azərbaycanla sərhəddə ən böyük səhra xəstəxanası fəaliyyətə başlayıb. “Trend”in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Təbriz Tibb Cəmiyyətinin rəhbəri Rəsul Sadiq deyib.


Sadiq bildirib ki, sərhəd zonasında yerləşən bu səhra xəstəxanasından qonşu ölkələr, həmçinin Azərbaycan, o cümlədən Naxçıvan MR-in vətəndaşları da yararlana bilərlər.

Onun sözlərinə görə, iyulun 10-dan etibarən bir həftə müddətində Culfanın Siyahrud bölgəsində bütün müasir tibbi imkanları, o cümlədən endoskopiya, mama-ginekologiya, pediatriya, ürək və müxtəlif cərrahiyyə əməliyyatları xidmətləri göstərə bilən həkimlər çalışacaqlar.

Sadiq 200 nəfərlik heyətin xidmət göstərəcəyi xəstəxananın qurulması ilə bağlı ölkənin ali dini rəhbərinin göstəriş verdiyini söyləyib və bildirib ki, Azərbaycanın sərhəd bölgələrinin vətəndaşları onlar üçün nəzərdə tutulmuş tədbirlər əsasında bu xəstəxanaya müraciət edib bütün tibb və səhiyyə xidmətlərindən yararlana bilərlər. Cərrahiyyə əməliyyatı olunması lazım gələn xəstələr pulsuz əməliyyat ediləcəklər.






11 İyul, 2012  14:35 Baxılıb: 954 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner