Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Elektron Naxçıvan" beynəlxalq simpoziumu keçirilib

Simpozium çərçivəsində videobağlantılı müsabiqə də keçirilib

Naxçıvan Dövlət Universitetində (NDU) “Elektron Naxçıvan–7: lokal şəbəkədə İKT-dən istifadə imkanları” mövzusunda illik beynəlxalq simpozium keçirilib.


Naxçıvan Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Gürcüstanın Batumi Dövlət Universitetinin professorlarının, Cənubi Koreyanın bir qrup tələbəsinin iştirak etdiyi simpoziumun plenar iclasını universitetin rektoru İsa Həbibbəyli açıb. O, “Naxçıvan Dövlət Universitetində elektron hərəkat: əsas nəticələr və qarşıda duran vəzifələr” mövzusunda məruzə edərək Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişləndirilməsi istiqamətində dövlət strategiyasının uğurlarından danışıb.
Naxçıvan Muxtar Respublikasının (MR) rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov “Naxçıvan MR-də İKT-dən istifadənin müasir vəziyyəti və inkişaf perspektivləri” adlı məruzəsində bildirib ki, bir zamanlar informasiya blokadasında olan Naxçıvan bu gün Azərbaycanda informasiya cəmiyyəti qurulmasında aparıcı rola malik bir regiona, dinamik inkişafda olan virtual məkana çevrilib. Bu gün muxtar respublikada təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə ən son İKT-dən istifadə olunur, elektronlaşma böyük müvəffəqiyyətlə həyata keçirilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “Naxçıvanda biliklər iqtisadiyyatının formalaşması imkanları və perspektivləri” haqqında məruzə edərək keçirilən tədbiri informasiya cəmiyyəti məsələlərinə həsr olunmuş Naxçıvan sammiti kimi dəyərləndirib.

Gürcüstanın Batumi Dövlət Universitetinin professoru Mixeil Donedze “Korporativ şəbəkələrdə GSM infrastrukturu əsasında təhlükəsizliyin təmini məqsədi ilə avtomatlaşdırılmış sistemin qurulması” mövzusunda məruzə edib.

Simpoziumda Türkiyənin Ərzurum Atatürk Universiteti rektorunun köməkçisi, Avrasiya İpək Yolu Universitetlər Konsorsiumunun baş katibi, professor Sebahettin Tüzemen və portuqaliyalı professor Diamantino Lopeslə canlı videobağlantı yaradılıb.

Simpozium çərçivəsində NDU tələbələri arasında İKT-nin inkişaf vəziyyəti ilə bağlı videobağlantı müsabiqəsi də keçirilib.






10 İyul, 2012  19:28 Baxılıb: 2534 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner