Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Təhlədənəm özüm, dağlar” antologiyasının təqdimatı keçirilib

Kitabda Gürcüstan təhləlilərinin ədəbi nümunələri toplanıb

Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə xanım Paşayevanın təşəbbüsü ilə bu gün Bakıdakı Atatürk Mərkəzində “Təhlədənəm özüm, dağlar” (Təhlə çökəyi ədəbi antologiyası) kitabının təqdimatı keçirilib.

“Qanun” Nəşrlər Evində çap olunmuş 552 səhifəlik antologiyanın hazırlanmasına Nurafiz Hüseynli, Kamandar Mamocoğlu, Bəhruz Əlmədətov, Aydın Yaqubov yardım gösrəriblər. Antoloğiyanın məsləhətçi və nəşrinə məsul Nurafiz, tərtib edəni və nəşrə hazırlayanı Nəriman Əbdülrəhmanlı, Redaktorları Rafiq Hümmət və Kamandar Mamocoğlu, Texniki redaktoru Aydın Yaqubovdur. Nəşrə Rüstəm Kamal və Əsəd Təhləli ön söz yazıblar.

Antologiyada ötən əsrin əvvəllərindən bugünümüzədək Gürcüstanın Təhlə çökəyində (Ağ Təhlə, Qara Təhlə, Qaracalar, eyni zamanda həmin ellərdən törəyən Birlik və Təzəkənd kəndlərində) yaranan yazılı ədəbiyyat nümunələri toplanıb. Nəşrdə klassik el şairlərinin əsərlərilə yanaşı çağdaş ədəbiyyatımızın tanınmış nümayəndələrinin yaradıcılığı da öz əksini tapıb. Antologiyada klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Şair Novruzla yanaşı, istedadlı söz adamları Arif Mustafazadə, Şahvələd Əhmədoğlu, Məhəmmd Həsənli, Allahverdi Təhləli, Nurafiz, kamandar Mamocoğlu, Əbdüləli İbrahimsoy, Əsəd Təhləli və başqalarının əsərləri yer alıb.






9 İyul, 2012  15:28 Baxılıb: 1242 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner