Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abid Şərifov: "Bu günədək minalardan 1840 nəfər zərər çəkib"

520 nəfər isə bu qurğunun qurbanı olub

Azərbaycanda bu günədək minalardan 1840 nəfər zərər çəkib, 520 nəfər həlak olub. Simsar.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov cümə axşamı ANAMA və NATO/NSPA Azərbaycanda Mina və Partlamamış Hərbi sursatların təmizlənməsi birgə layihəsinin Ceyrançöl təmizləmə layihəsinin açılış mərasimində bildirib.

Şərifov deyib ki, mina və hərbi sursatların ən təhlükəli olduğu yer Gürcüstanla sərhəddə yerləşən Ceyrançöl ərazisidir.

Onun sözlərinə görə, 3,9 mln avro Ceyranbatan layihəsinin 19 min hektar ərazisinin təmizlənməsi üçün nəzərdə tutulur., bu məbləğin yarısı Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir.

Baş nazirin müavini qeyd edib ki, başa çatan "Saloğlu" layihəsinə NATO tərəfindən dəstək Azərbaycan üçün böyük əhəmiyyət daşıyır və bu layihə çərçivəsində çoxlu sayda insana həyat bəxş edilib.

"Hazırda minlərlə şəxs həmin torpaqlardan istifadə edərək iş tapıb", - Şərifov deyib.

Onun sözlərinə görə, 64 milyon kvadratmetr ərazini əhatə edən Ceyrançöl poliqonunda xeyli sayda müxtəlif çaplı tank, artilleriya mərmiləri, aviasiya bombaları və başqa növlərdə üzərində zədələnmiş döyüş başlıqları olan partlamamış hərbi sursatlar aşkarlanıb.

Şərifov deyib ki, ANAMA bu günədək 19 min hektar ərazini təmizləyib, on minlərlə mina və partlamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

ANAMA fəaliyyət göstərdiyi 11 il ərzində cəmi 1 dəfə bədbəxt hadisə ilə üzləşərək bir əməkdaşını itirib.

Şərifovun sözlərinə görə, aparılan maarifləndirici işlər nəticəsində son illərdə mina qurbanlarının sayı əvvəlki illərə nisbətən yox dərəcəsinə çatıb.






5 İyul, 2012  15:33 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner