Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ARDNF-də KİV nümayəndələri üçün seminar keçirilib

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Fondun əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün seminar keçirilib. Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, seminarın keçirilməsində məqsəd fəaliyyətində daim şəffaflıq məsələlərinə xüsusi önəm verən və şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlərə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən Neft Fondu haqqında KİV nümayəndələrinin daha geniş informasiyaya malik olmalarını təmin etmək, Fond barədə daha peşəkar məlumatların yayılmasına və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdır.

Seminarda KİV nümayəndələrinə Neft Fondu haqqında ümumi məlumat, Fondun strukturu və idarə edilməsi mexanizmi, Neft Fondunun büdcəsi, maliyyələşdirdiyi layihələr, ARDNF-nin yeni investisiya siyasəti, şəffaflıq sahəsindəfəaliyyəti, o cümlədən suveren fondlar və maliyyə bazarlarına dair ətraflı məlumat verilib.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.






4 İyul, 2012  23:17 Baxılıb: 919 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner