Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Orta məktəblərdə 3 mindən çox müəllimə ehtiyac var”

.

Azərbaycanın orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var. Onların 90 faizi rayon məktəblərinin payına düşür. Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Nazirin sözlərinə görə, ölkədə ən çox coğrafiya müəllimlərinə ehtiyac duyulur: “Artıq növbəti tədris ili üçün müəllimlərin işə qəbulu məqsədilə sənəd qəbuluna başlanılıb. Müəllimlərin işə qəbulu elan edilmiş qaydalara əsasən, həyata keçiriləcək”.

Nazir bu yaxınlarda İtaliya, Litvaya etdiyi səfəri barədə də məlumat verib. M. Mərdanov deyib ki, səfərinin məqsədi həmin ölkələrin təhsil sistemi, orada həyata keçirilən islahatlarla tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətlərini Azərbaycanın təhsil sistemində tətbiq etmək olub: “İtaliya, Litvada, ümumiyyətlə, Avropa Birliyinə üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz”.






4 İyul, 2012  15:22 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner