Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Arvadını boşadı, eşşəyi aldı

“Nə çoxdur kənddə yaxşı qadınlar. Birini alıb arvad edəcəyəm”

Efiopiyanın Benişanqul-Qumuz vilayətində, Abbay çayının sahilindəki Kamaşi kəndində yaşayan Komo Pauesi adlı kəndli özünü qətiyyətli və mərd kişi saysa da, qohumları, övladları və həmkəndliləri onu ələ salıb gülürlər.
76 yaşlı Komo Pauesi heyvandarlıqla məşğul olur. Onun 5 inəyi, 40 qoyunu var. Komo kişi illərdən bəri qonşu Pauea Metela kəndindəki bir eşşəyi satın almaq istəyirdi.
Daha doğrusu, üç il əvvəl həmin eşşəyi almaq üçün qonşu kəndə yollanan Komo ulağın sahibindən rədd cavabı alsa da, inadından dönməyib. O, az qala hər həftə qonşu kənddə gedir, eşşəyin satılmasını rica edirdi.
Arvadı isə bu “eşşək macərası”ndan bezdiyini söyləyirdi və günlərin birində də canı boğazına yığılaraq “Ya o eşşək, ya mən!” dedi.
Komo kişi də eləmə tənbəllik – arvadı boşadı. Ertəsi gün isə o, 590 efiop bırı verərək eşşəyi aldı. “Eşşək bahadır və 590 bıra iki inək ala bilərdim. Amma o eşşək cins heyvandır. Üstəlik, çox ağıllıdır. Bu eşşəyi saxlayacaq, nəslini artıracağam. Çınki heyvan nadir Kamaşi eşşəyi cinsindəndir”, – Komo Pauesi deyib. O, eşşəyin nəslini artırmaqla varlanacağını deyir. Arvada gəldikdə isə…
“Nə çoxdur kənddə yaxşı qadınlar. Birini alıb arvad edəcəyəm”, – Komo Pauesi söyləyib.






3 İyul, 2012  19:49 Baxılıb: 1006 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner