Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər üçün yeni müsabiqə

ABA CEELİ və Media Hüquq İnstitutu jurnalistlər arasında yazı müsabiqəsi elan edib

ABA CEELI (Amerika Hüquqşunaslar Assosiasiyası) və Media Hüququ İnstitutu jurnalistlər arasında yazı müsabiqəsi elan edib. Bu barədə Simsar.az-a Media Hüququ İnstitutundan məlumat verilib.

Müsabiqənin mövzusu “QANUNLAR NECƏ İŞLƏYİR?” adlanır.

Müsabiqə gənc tələbə - jurnalistlər üçün nəzərdə tutulur. Müsabiqəyə qəzet, jurnal və internet mediada 01 iyul - 31 iyul tarixləri aralığında hazırlanıb yayılan yazılar təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan yazılar aşağıdakı parametrlərin işığında qiymətləndiriləcək:

- Mövzunun konkret insandan, olaylardan keçirilməsi;

- Müəllifin mövzuya bələd olub-olmaması;

- mövzunun aktuallığının əsaslandırılması;

- adi vətəndaş üçün mövzunun faydasının açıqlanması;

- yazının hüquqi biliklərin yayılması baxımından önəmliliyi;

- oxucu marağını tatmin etməyə yönəlik üsullar (maraqlı, diqqətçəkən sərlövhə, yarımsərlövhələr, haşiyələr və s.)

- yazının sadəliyi, maraqlı üslubu, jurnalist yaradıcılığı baxımından orijinallığı;

- ekspertlərdən yararlanma dərəcəsi;

- müxtəlif düşüncələrin balanslaşdırılması;

Ekspertlərin qiymətləndirməsi zamanı iddialı yazıların nəticə balları bərabər olarsa, daha erkən yayılmış yazıya üstünlük veriləcək. İddialı yazılar eyni tarixdə yayılıbsa müsabiqəyə daha tez təqdim olunmuş yazıya üstünlük veriləcək.

Müsabiqənin yekununda 1, 2 və 3-cü olmuş yazı müəllifləri mükafatlandırılacaq. Mükafat fondu 500 AZN (1-ci yer), 400 AZN (2-ci yer), 300 AZN (3-cü yer) təşkil edir.

Müsabiqə şərtlərinə uyğun yazılar 01 avqust 2012-ci il tarixədək təşkilatçılara təqdim olunmalıdır. Müsabiqənin nəticələri avqust ayının 10-dək açıqlanacaq.

Yazılar və ya yazıların yerləşdirildiyi linklər xaled_yes@hotmail.com ünvanına göndərilməlidir.






3 İyul, 2012  19:00 Baxılıb: 1137 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner