Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

.

Kür çayına axan çaylarda sululuğun artması ilə əlaqədar Kürün aşağı axınında son beş gün ərzində suyun səviyyəsində artım müşahidə olunub.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 29-dan başlayaraq Surra məntəqəsində suyun səviyyəsində 108, Şirvanda 101, Bankədə 26, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 89 santimetr artım müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 478, Şirvanda 333, Salyanda 200, Bankədə 249, Araz çayının Novruzlu məntəqəsində isə 190 santimetr təşkil edir.

Bu gün Kiçik Qafqazın Gəncəçay çayında suyun səviyyəsində 10, Kürəkçayda 8, Böyük Qafqazın Qusarçay çayında 2, Qudyalçayda 1, Vəlvələçayda 22, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda isə 4 santimetr azalma müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-85, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında 140-280, Naxçıvan MR çaylarında isə 85 faizdir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 santimetr azalma müşahidə edilib. Hazırda məntəqədə su sərfi 134 kubmetr/saniyə olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 7 santimetr azalma var. Hazırda məntəqədə su sərfi 182 kubmetr/saniyə olmaqla, ongünlük normanın 125 faizini təşkil edir.






3 İyul, 2012  15:32 Baxılıb: 1125 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner