Tikintisinə başlanılan dayanacağın 3 mərtəbəsi yerin altında, 4-ü isə yerin üstündə olacaq
Nizami rayonununda 8-ci kilometr bazarın qarşısında yaranan maşın və insan sıxlığından ibarət xaos tezliklə yox olacaq. Belə ki, bazar qarşısında inşa olunan yeraltı keçid və dayanacaq sürücülərlə piyadaların yollarını ayırıb rahat hərəkətlərini təmin edəcək. Qara Qarayev prospektində, 8-ci km bazarının qarşısında yeraltı piyada keçidi və çoxmərtəbəli avtomobil dayanacağı inşa olunur. Artıq bazarın qarşısında yerləşən Heydər parkının giriş hissəsində keçidin bir çıxışı hazırdır. Bundan başqa keçidin daha 3 giriş-çıxışı olacaq ki, bunların da ümumi uzunluğu 44 eni, 12 metr olacaq.
Keçidin yaxınlığındakı parkın bir hissəsində isə avtodayanacaq tikilməsi planlaşdırılır. Dayanacağın 3 mərtəbəsi yeraltı, 4-ü isə yerüstü olacaq. Dayanacaqda eyni anda 700 avtomobil dayana biləcək.