Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Magistraturalara qəbul imtahanlarının nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı TQDK-nın internet saytında yerləşdirilib

Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul imtahanlarının yekun nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı iyulun 2-də saat 19:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə biləcəklər. Qəbul olunanların siyahısı iyulun 3-də “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən 5020 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3303 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1717 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2281 nəfərini oğlanlar, 2739 nəfərini isə qızlar təşkil edir.

Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar iyulun 3-dən 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.






3 İyul, 2012  00:34 Baxılıb: 923 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner