Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avqustun 1-dən "Avro-3" ekoloji standartı tətbiq ediləcək

Müəyyən olunmuş AZS ECE 49, 83, 96 istinad standartları olan nəqliyyat vasitələri sertifikatlaşdırılacaq

Azərbaycanda "Avro-3" ekoloji standart tətbiq olunacaq.

 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, Dövlət Komitəsi AZS 636-2012 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər", AZS ECE 49-2012 "Sıxılmadan alışdırma prinsipi ilə və təbii qazla, həmçinin sıxlmış neft qazı ilə işləyən, məcburi alışdırma sisteminə malik olan mühərriklərin və sıxılmada alışdırma prinsipi ilə və təbii qazla və zərərli maddələrin atılması baxımından sıxılmış neft qazı ilə işləyən, məcburi alışdırma sisteminə malik olan mühərriklərlə təchiz edilmiş nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər", AZS ECE 83-2012 "Mühərrik üçün lazım olan yanacaqdan asılı olaraq zərərli maddələrin atılması baxımından nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər" və AZS ECE 96-2012 "Zərərli maddələrin atılması baxımından kənd təsərrüfatı və meşə traktorlarında, yüksək keçid qabiliyyətli texnikada quraşdırılan sıxılma nəticəsində alışdırma prinsipi əsasında işləyən mühərriklərə dair vahid göstərişlər" dövlət standartları təsdiq edilib və tətbiq vaxtı 1 avqust 2012-ci ildən müəyyən edilib.

AZS 636-2012 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı işlənmiş qazların tullantılarına dair ГОСТ 31286 üzrə M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin ekoloji siniflərini müəyyən edir. Standarta əsasən konstruksiya ilə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq, nəqliyyat vasitələri 6 ekoloji sinfə bölünür. Nəqliyyat vasitələrinin müəyyən olunmuş ekoloji siniflərə uyğunluğu aşağıdakı sənədlərdən biri ilə təsdiq olunur:

-AZS ECE 49, 83, 96 qaydalarında nəzərdə tutulmuş nəqliyyat vasitəsinin və mühərrikinin tipinin təsdiqinə aid olan bildiriş;
-Nəqliyyat vasitəsinin tipinin təsdiqi;
-AZS ECE 49, 83, 96 qaydalarına və Avropa Birliyi Direktivlərinə uyğun mühərrikin və nəqliyyat vasitəsinin uyğunluq sertifikatı;
-Nəqliyyat vasitəsinin/nəqliyyat vasitəsinin şassisinin pasportu.

Təsdiq edilmiş digər 3 standart (AZS ECE 49, 83, 96) istinad standartları olaraq nəqliyyat vasitələrinin sertifikatlaşdırılması, həmçinin mühərriklərinə dair tələblərləri müəyyən edir.
Xatırlatma üçün bildirək ki, Azərbaycan Respublikasında Avro 2 ekoloji normaları "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 mart 2010-cu il tarixli 45 nömrəli Qərarı ilə 1 iyul 2010-cu il tarixindən tətbiq edilmişdir. AZS 636-2012 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartının 3-cü ekoloji sinfə (Avro 3) aid göstərilmiş tələblərinin tətbiqinin vaxtı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən ediləcəkdir.






2 İyul, 2012  16:20 Baxılıb: 1220 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner