Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sonuncu imtahanda 2376 nəfər "2" aldı

TQDK sonuncu buraxılış imtahanının nəticəsi açıqladı 

Azərbaycanda keçirilən sonuncu buraxılış imtahanında iştirak edən 11094 nəfər 11 sinif şagirdinin 840 nəfəri Ana dilindən, 1536 nəfəri Riyaziyyatdan "2" qiyməti alıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bazar ertəsi Simsar.az-a verilən məlumata görə, tam orta təhsil bazası (11 illik) üzrə keçirilmiş buraxılış imtahanın nəticələrinə əsasən, imtahanda iştirak edən 11094 məzunun 1259-u Ana dilindən, 1118-i riyaziyyatdan "5" alıb. İmtahanda iştirak edən 6870 nəfərin Ana dilindən, 6362 nəfər Riyaziyyatdan biliyi "3", 2124 nəfərin Ana dilindən, 2078 nəfəri isə Riyaziyyatdan biliyi "4"lə qiymətləndirilib.

Ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanının nəticələrinə əsasən, imtahanda iştirak edən 17786 şagirddən 2705 nəfəri Ana dilindən, 3840 nəfəri isə Riyaziyyatdan "2" alıb. 833 şagird Ana dilindən, 744 şagird Riyaziyyatdan "5", 11524 nəfəri Ana dilindən, 11740 nəfəri Riyaziyyatdan "3", 2724 nəfəri Ana dilindən, 1462 nəfəri isə Riyaziyyatdan"4" lə qiymətləndirilib.






2 İyul, 2012  14:54 Baxılıb: 1030 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner