Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gəncədə ticarət obyektlərində sanitar yoxlamalar aparılıb

7 nəfər bazar mağaza sahibi inzibati qaydada cərimələnib

Gəncədə 75 ticarət obyektində yoxlamalar zamanı 7 ərzaq satışı obyekti, 3 köşk, 4 ət məhsulları satan obyekt cərimələnib.

 Bu barədə məlumatı Simsar.az-a Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar şöbəsinin müdiri Zemfira Ağayeva verib.

Onun sözlərinə görə, yoxlamalar ərzaqların saxlanılması, daşınması, mağazaların temperatur rejiminə riayət etməsi və gigiyenik sanitar tələblərlə cavab verməsi ilə bağlı olub.

“Yoxlamalar zamanı müəssisələri sanitar tələblərə cavab verməyən 7 nəfər bazar və mağaza sahibləri inzibati qaydada cərimə edilib. Bundan başqa, 3 nəfər isə xəbərdarlığa baxmayaraq, köşkdə dönər satışı ilə məşğul olduğuna görə, cərimə edilib və obyekt bağlanıb”.

Zemfira Ağayeva deyib ki, axar suyu olmadığı halda toyuq təmizlənməsi və ət satışı ilə məşğul olan 4 obyektə xəbərdarlıq olunub və onlar müvafiq qaydada cərimə ediliblər. Hazırda çay evlərində yoxlamaların davam etdiyini deyən sanitar şöbənin müdiri Üzeyir Hacıbəyov küçəsindəki sanitar tələblərə cavab verməyən çay evinin təmirə bağlandığını bildirdi.






29 İyun, 2012  20:44 Baxılıb: 1040 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner