Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Metroda qaydaları pozanlar cərimələnəcək

Milli Məclis İnzibati Zətalar Məcəlləsinə dəyişiklik edib 

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Simsar.az-ın məlumatına görə, Məcəlləyə birinci dəyişiklik Bakı Metropolitenindən istifadə qaydalarının pozulması ilə bağlıdır. 

Dəyişiklik barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, metro stansiyalarının vestibüllərini, keçid və platformalarını, habelə eskalator və vaqonların zibilləməyə, və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan sərnişin-maşinist rabitəsindən istifadəyə görə 10 manat miqdarında cərimə müəyyən olunub.

Vaqonlarda, stansiyada, platformada siqaret çəkməyə, vaqonların qapılarının açılıb-bağlanmasına mane olmağa, qatarı ləngitməyə, metropolitenin işçiləri üçün nəzərdə tutulmuş çəpərlənmiş ərazilərə daxil olmağa görə 50 manat, müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşulmasına görə 70 manat miqdarında cərimə müəyyənləşdirilib.

Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə 100 manat məbləğində cərimə tətbiq olunacaq.






29 İyun, 2012  18:24 Baxılıb: 1072 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner