Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Prostat xərçənginin dərmanı tapıldı

Dərman preparatı yaxın vaxtlarda Avropa ölkələrində satışa çıxarılacaq.

Prostat xərçəngi olan kişilərə xoş xəbər: “Enzalutamide” adlı preparat bu ölümcül bəlaya çarə ola bilər. “The Telegraph” bildirir ki, əvvəllər MDV3100 adı ilə tanınan preparatın prostat xərçənginin inkişafının qarşısını aldığı dəqiqləşib. Üstəlik, prostat xərçənginin ən ağır mərhələsini yaşayan insanların həyatını bu preparat 5 ay uzadır. Xərçəng xəstəliyi sümüklərdə yayılmış xəstələrin iştahını artırıb onların ağrılarını azaldan dərman preparatı yaxın vaxtlarda Avropa ölkələrində satışa çıxarılacaq. Preparatın istehsalçısı olan “Astellas” konserni Avropa Dərman Vasitələri Agentliyinə müvafiq lisenziya üçün müraciət yollayıb. Preparatın kliniki sınaqlarına başçılıq etmiş doktor Gerhard Attardın dediyinə görə, “Enzalutamide” önəminə görə ağır formada döş xərçəngi olan qadınlara verilən herseptinə bərabər sayıla bilər. Statistikaya görə, kişilər arasında xərçəng xəstəliyindən ölümlərin 10 faizi prostat xərçənginin “pay”ına düşür. Prostat xərçəngini yaradan əsas səbəbləri yaşla bağlı hormonal dəyişikliklər, genetika, qida maddələri balasının pozulması, kadmiumla xroniki zəhərlənmə və xəstəliyin virus mahiyyətidir.






29 İyun, 2012  16:11 Baxılıb: 1139 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner