Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Misir Mərdanov müəllimlərin işə qəbulundakı yenilikdən danışıb

Müəllimlər üçün minimum bal ləğv edilib

Bu il müəllimlərin işə qəbulu regionlar üzrə keçirilməyəcək. Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. 

Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulunun regionlarda keçirilməsi vaxt baxımından mümkün deyil: “Müəllimlərin işə qəbulu ilə bağlı ötən ilki proseduralar daha təkmil formada həyata keçiriləcək. Əsas yenilik ondan ibarət olacaq ki, ötən il müəllimlər imtahan verdikdən sonra minimal bal həddi müəyyənləşdirirdik. Müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddi götürdük. Yəni müəyyən bal toplamış insanları yerimiz olana qədər işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə olmayacaq”.

Nazir vakant yerlərin ümumi sayının hələ tam müəyyən olunmadığını deyib: “Hələlik yerlərdən vakant müəllim yerləri ilə bağlı məlumatlar gəlməkdə davam edir. Yekun nəticə ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək”.
Nazir bu il vakant yerlərin sayının ötən ildən çox olması səbəbinə də aydınlıq gətirib: “Ola bilər ki, bu say yaşla əlaqədar olaraq artıb. Çünki yaş senzi ilə əlaqədar bir çox müəllimlər pensiyaya gedib. Ancaq hansı ixtisaslarda vakant müəllim yerlərinin sayının çox olması ilə bağlı dəqiq məlumat yoxdur”.






29 İyun, 2012  15:09 Baxılıb: 1176 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner