Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı sürücülərinə şad xəbər

Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissənin təmiri davam edir

Şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində təmir işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir. Artıq 1,5 km-lik hissədə 3 laydan ibarət asfalt örtük salınaraq, xətlənmə işləri başa çatdırılıb. Bu barədə cümə axşamı Simsar.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

"Bundan əlavə, yolun digər sahələrində bardürlərin yenisi ilə əvəzlənməsi, köhnə asfalt-beton örtüyünün layihəyə uyğun olaraq frez mexanizmi vasitəsilə kəsilərək çıxarılması, kommunikasiya xətlərinin keçdiyi quyuların dəmir-beton piltələrinin və baxış qapaqlarının yenisi ilə əvəzlənməsi işləri aparılır. Təmir işləri, qeyd olunduğu kimi, iyul ayının sonu, avqust ayının 15-dək tamamlanacaq", - Mürsəliyev deyib.

Onun sözlərinə görə, asfalt yerə döşənərkən təxminən 120 dərəcə istilik olur. Ən azından 25 dərəcəyə qədər soyumadıqda nəqliyyat vasitələrinin hərəkəti yolverilməzdir. Ətraf mühitin temperaturundan asılı olaraq, bu proses üçün 1 sutkaya qədər vaxt tələb olunur.

"Çox təəssüf ki, nativ yolların göstərilməsinə baxmayaraq, təmir olunan sahədə nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunur. Məhəllədaxili yollardan istifadə etməklə təmir aparılan ərazidə minik avtomobilləri ilə yanaşı, normadan bir neçə dəfə artıq mişar daşı ilə yüklənmiş KAMAZ markalı nəqliyyat vasitələrinin hərəkətinə də rast gəlmək mümkündür. Bu zaman yol örtüyü konstruksiyasında plastik və sürüşmə deformasiyaları yaranır ki, bu da gələcəkdə yolun istismar göstəricilərinə mənfi təsirsiz ötüşmür", - Mürsəliyev qeyd edib.






28 İyun, 2012  20:53 Baxılıb: 904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner